Dünya

Tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyov axtarışa verilib

Tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyov axtarışa verilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış rusiyalı jurnalist Yevgeni Kiselyov Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Məlumat Rusiya DİN-in saytında yerləşdirilib.

Qeyd olunur ki, jurnalistin axtarışı cinayət işi çərçivəsində aparılır. Lakin cinayət işinin hansı maddə ilə başlandığı açıqlanmır.

Xatırladaq ki, Rusiyada jurnalist Yevgeni Kiselyovun adı “xarici agent” siyahısına daxil edilib. Yevgeni Kiselyov Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Vladimir Putini kəskin tənqid edən siyasi icmalçılardan biridir.