“Həmişə səni sevəcəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz…”
7Times.az xəbər verir ki, bu sözləri Natəvan Babayevanın vəfat etməsi ilə bağlı paylaşımənda həmkarı Qənirə Ataşova deyib.
“Fərqli idik. Sən sakit, mən alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa görüşəcəyik”, – deyə o əlavə edib.
“Dəyərli bacımız, istedadlı telejurnalist Natəvan Babayeva vəfat edib. Bu, çox gözlənilməz acı xəbərdən sarsıldım”.
Bu sözləri isə N. Babayevanın digər keçmiş həmkarı, Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
“Natəvan xanımla uzun illərdi əməkdaşlıq, dostluq edirdik; onun necə vətəncanlı və işində nə qədər peşəkar olduğuna yaxından şahid idim. Yeri cənnət olsun! Tanrı bütün doğmalarına səbr versin” – deyə Q.Paşayeva qeyd edib.
Follow @7timesaz