Dünya

“Tanklar xəstəxananın qarşısında dayanıb” – İsrail ordusu “Əl-Şifa”nın qapısına çatıb

“Tanklar xəstəxananın qarşısında dayanıb” – İsrail ordusu “Əl-Şifa”nın qapısına çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin Qəzza zolağının şimal yarısına nəzarət etmək üçün apardıqları döyüşlər Qəzza şəhərinin əsas xəstəxanasının qapılarına çatıb və həkimlərin dediyinə görə, xəstələr, o cümlədən yeni doğulmuş körpələr yanacaq çatışmazlığı səbəbindən ölür.

“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.

“Əl-Şifa” Xəstəxanasında olan Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kidra xəstəxananın mühasirəsi və elektrik enerjisinin kəsilməsi nəticəsində son üç gündə üçü yeni doğulmuş körpə də daxil olmaqla 32 xəstənin həyatını itirdiyini bildirib.

Ən azı 650 xəstə hələ də içəridədir və onları başqa bir tibb müəssisəsinə təxliyə etməyə çalışırlar. İsrail xəstəxananın HƏMAS yaraqlılarının qərargahının yerləşdiyi tunelin yuxarı hissəsində yerləşdiyini iddia edir, lakin HƏMAS bunu rədd edir.

“Tanklar xəstəxananın qarşısında dayanıb. Biz tam mühasirədəyik. Bura tamamilə mülki ərazidir. Xəstəxanada yalnız xəstələr, həkimlər və digər mülki şəxslərdir. Kimsə buna son qoymalıdır”, – deyə həkim Əhməd Əl Moxallati telefonla “Reuters” agentliyinə bildirib.

Həkimin sözlərinə görə, İsrail qüvvələri su çənlərini, su quyularını, oksigen nasosunu bombalayıbar: “Xəstəxanada hər şeyi bombaladılar. Beləliklə, biz çətinliklə sağ qala bilirik. Biz hər kəsə bildiririk ki, xəstəxana artıq müalicə üçün təhlükəsiz yer deyil. Biz xəstələri burada saxlamaqla onlara zərər veririk”.