Rusiyanın Tatarıstan Respublikasında beşmərtəbəli binanın 4-cü mərtəbəsində qaz sızması nəticəsində güclü partlayış baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Naberejnıe Çelnı şəhərində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində mənzil yarasız vəziyyətə düşüb. Ümumilikdə 6 mənzil dağıdılıb.
Dördə nəfər – 2004 və 2010-cu il təvəllüdlü qardaşlar, 1951-ci il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qız ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. 1999-cu il təvəllüdlü qızın həyatını xilas etmək mümkün olmayıb.
Follow @7timesaz