Dünya

Taxıl üzrə Birgə Koordinasiya Mərkəzi işə başladı –  Hulusi Akar açılış mərasimində  iştirak etdi

Taxıl üzrə Birgə Koordinasiya Mərkəzi işə başladı –  Hulusi Akar açılış mərasimində  iştirak etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Ukrayna taxılının daşınmasına dair Birgə Koordinasiya Mərkəzinin rəsmi olaraq açılış mərasimi baş tutub.

 

7Times.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar açılış mərasimində iştirak edib.

 

“Görülən işlərin bütün dünyaya təsir edən ərzaq böhranının aradan qaldırılmasına, xüsusilə də qiymətlərin enməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyini hesab edirik”, – deyə Akar mərasimdə çıxışı zamanı söyləyib.

Nazir çıxışında İstanbulun qitələrin görüşmə nöqtəsi olduğunu, mərkəzin bütün dünya üçün xüsusi bir məna daşıdığını və tamamilə humanitar məqsədlər üçün çalışacağını, iştirakçılarla bir yerdə olmaqdan çox məmnun olduğunu bildirib.

 

Akar daha sonra mərkəzi ziyarət edib. Burada çalışan Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə söhbət edərək məlumat alan Akar mərasimdən əvvəl Rusiya və Ukrayna nümayəndələrinin iş otaqlarını baxıb.(Sfera.az)