Dünya

Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandı

Tbilisidə bu dəfə BOMBA HƏYƏCANI yaşandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 31-də Tbilisidə bomba həyəcanlı yaşanıb. 

7Times.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxtın mərkəzində yerləşən “Fabrika Tbilisi-Art Qalereya”da yaşanıb.

Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin “112” qaynar xəttinə zəng vuran naməlum şəxs art-qalereyada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Mərkəzdə çalışan işçi personal, eləcə də qonaqlar və ziyarətçilər dərhal təxliyə olunublar.

Hazırda polis və istehkamçılar (minaaxtaranlar) hadisə yerindədirlər. Binanın yerləşdiyi ərazi əhatəyə alınıb və ora heç kim buraxılmır.