Dünya

Tbilisidə yenidən etiraz aksiyası başladı

Tbilisidə yenidən etiraz aksiyası başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Baş nazir İrakli Qaribaşvilinin və kabinetin istefası tələbi ilə aksiyalar yenidən başlayıb.

7times.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Rustaveli prospekti aksiyaçılar tərəfindən bağlanıb. Müxalif “Formula” telekanalının aparıcısı 5 iyul toqquşmaları zamanı xəsarət alan 53 KİV nümayəndəsinin adlarını oxuyub. Parlament binası ətrafında polis dəstələri toplaşıb.

Qeyd edək ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləyaqət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.

Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb.  Qafqazinfo.az