Ölkə

TƏBİB-dən Aytən Səfərova ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Aytən Səfərova ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu gün avtomobil qəzasına düşən aparıcı Aytən Səfərovanın səhhəti ilə bağlı məlumat yayıb.

7Times.az xəbər verir ki, aparıcının hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələrdən keçdiyi bildirilib.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib.

“Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.