Ölkə

TƏBİB-dən Şirvandakı partlayışla bağlı AÇIQLAMA

TƏBİB-dən Şirvandakı partlayışla bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.

 

Bu barədə 7Times.az-a TƏBİB-dən məlumat verilib.

 

1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

 

Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.