Maqazin

Təcavüzdə ittiham olunan Jerar Depardyedən xəbər var

Təcavüzdə ittiham olunan Jerar Depardyedən xəbər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcavüzdə ittiham olunan fransalı aktyor Jerar Depardye məhkəməyə gəlməkdən imtina edib.

7Times.az  xəbər verir ki, aktyor səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilməyəcəyini deyib.

“Jerar Depardye son dərəcə kədərlidir və təəssüf ki, həkimləri onun məhkəməyə gəlməsini qadağan edir” deyə, Depardyenin ​​vəkili Ceremi Assou açıqlayıb.

O əlavə edib ki, aktyor məhkəmənin sonrakı tarixə təxirə salınmasını xahiş edəcək.

Qeyd edək ki, aktyora qarşı ittihamlar ilk dəfə 2018-ci ildə irəli sürülüb. Aktrisa Şarlotta Arnuyanın iddialarına görə, o, avqustda aktyorun evində keçirilən tamaşanın məşqləri zamanı Depardye tərəfindən iki dəfə təcavüzə məruz qalıb. Depardye isə ittihamları rədd edir.

Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir. Məhkəmə hələ də bu şikayətlərlə bağlı son qərarı açıqlamayıb.

Axşam.az