Dünya

TƏCİLİ! Ukraynada nazir və müavini həlak oldu – VİDEO/YENİLƏNDİ

TƏCİLİ! Ukraynada nazir və müavini həlak oldu – VİDEO/YENİLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının ərazisində qəzaya uğraması nəticəsində daxili işlər naziri və onun müavini həlak olub.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də helikopterdə olublar. Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, DİN-in dövlət katibi də onlarla olub.

Məlumatı Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko da təsdiqləyib.

Onun sözlərinə görə, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan ikisi azyaşlıdır:

“22 yaralı xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-u uşaqlardır”.