Maqazin

“Təəssüf ki, Azərbaycan kanallarına baxanda ancaq bayağı şeylər, komediya görürük”

“Təəssüf ki, Azərbaycan kanallarına baxanda ancaq bayağı şeylər, komediya görürük”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Üç seriala təklif var idi, amma hər üçündən imtina etdim. Bu növbəti sezonda filmin davamı idi, ona görə də getməyi lazım bilmədim. Bir az ruh halıma uyğun deyildi, çünki ötən ilin fevral ayından qardaşım xəstədir və onun yanında oluram, kömək edirəm. Hər dəqiqəsi bir az çətindir. Fikrim qardaşımda olduğu üçün heç bir işə razılıq verməmişəm”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, kino aktrisası Xalidə Quliyeva deyib. Akrtisa bu gün çəkilən filmlərimizdən də danışıb:
“Ciddi bir kino işi yoxdur. İki il öncə İlqar Nəcəflinin filmi çəkildi, amma hələ təqdim olunmayıb. Ancaq kino sahəsində çalışıram və teatr sahəsinə getməmişəm və heç bundan sonra da gedə bilmərəm. Bir az azadlığı sevirəm, harasa bağlı olmaq, tabeçilikdə işləmək istəmirəm. O vaxt çox təkliflər etdilər. Onda kinostduiyaya dəvət almışdım və özüm də Ədil İsgəndərovun tələbəsiyəm axı. Ona görə də teatra getməyimin mənası yoxdur.
Qaldı ki, filmlərimizə münasibət birmənalı ola bilməz axı, hər kəsin öz fikri var. Sadəcə bizim bu gün çəkilən filmlərimizdə uşaqlar canla-başla işləyirlər. Ötən il kino günümüzdə buna baxdım. O filmlərə baxanda çox sevindim və onun 3-ü müəllif filmi idi. O filmlər artıq festivallara təqdim edilən filmlər idi.
Bizim kinomuzda peşəkarlıq çatışmır. Kino komanda işidir. Kinonun sənət kimi var olmağında böyük rolu olan quruluşcu-rəssam peşəsi var ki, o bu gün bizdə yoxdur. Mən kino eksperti deyiləm, aktrisayam, amma sadəcə bununla maraqlanıram. Rüfət Həsənovun “Daxilindəki ada” filmi çox xoşuma gəldi. Bu gün kino sahəmizdə gənclərimiz işləyirlər. O müəllif filmini yaradan uşaqlar çətinlik çəkirlər, əziyyətlə pul tapırlar. Təəssüf ki, bu gün Azərbaycan televiziyasının kanallarına baxanda biz onları görmürük. Ancaq bayağı şeylər, komediya görürük. Yəni mənəvi dəyərləri ifa edən sosial-dram mövzuları yoxdur. Ancaq əyləncədir. Mən şəxsən AzTV-yə, İctimai və bir də Mədəniyyət kanalına baxıram. Bu kanallarımız insanları maarifləndirir. İnsan hər gün maariflənmək istəyir. Mənim nəslim çalışır bunu qorusun, amma davamı necə olacaq, onu bilmirəm”.