Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 finalında Fransadan aldıqları məğlubiyyəti (0:1) şərh edib.
7Times.az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
“Final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qolun ardından matç barədə nəsə demək çətindir. Qarşıdakı günlərdə AÇ-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik. Bu gün qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil. Fransa millusinin müdafiə xəttini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda uduzan tərəf olduq”.
Fanat.Az
Follow @7timesaz