Dünya

“Tehran üçün yaxşı olmayacaq” – Tramp İranı hədələdi

“Tehran üçün yaxşı olmayacaq” – Tramp İranı hədələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrana qarşı bir neçə əlavə sanksiya var. İranın nüvə siyasətində hər hansı bir irəliləyiş görməsək, bir neçə həftə ərzində onları tətbiq edəcəyik. Hazırda onları tətbiq etmirik”.

7Times.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“İrana əlavə sanksiya tətbiqi onlarla razılığa gəlib-gəlməməyimizdən asılı olacaq. Əgər onlar razılaşsalar, o zaman biz heç vaxt yeni bir sanksiya tətbiq etməyəcəyik”, – deyə Tramp bildirib.

Tramp İranın razılığa gəlməyəcəyi təqdirdə bunun Tehran üçün yaxşı olmayacağını müdafiə edib.

Tramp əlavə edib ki, o, İran administrasiyasıyla nüvə məsələsində razılaşma əldə edəcəyinə inanır.

“AzPolitika.info”