Dünya

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqə

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqə.

“Mənə zaman ayır, anacan”

7Times.az- ın şimal zonası üzrə bölgə müxbirinə müsahibə veren Layihə rəhbəri : Şabran şəhər 1- nömrəli ümumi orta məktəbin psixoloqu  Aynur Fərmanova bildirmişdir ki, layihənin məqsədi şagirdləri təlimə yönləndirmək, valideynləri maarifləndirmək, yaş dövrlərinin xüsusiyyətlərinə görə problemləri aşkar etmək, təlimdən geridə qalmanın səbəblərini müəyyənləşdirmək və nəticəyə əsasən korreksiya işləri aparmaqdır.

Layihənin vəzifəsi nümunəvi psixoloji xidmətin təşkil olunmasıdır.

Layihədə aşağıdakı mövzularda valideynlərin maarifləndirilməsi nəzərdə tutulub:

1. Məktəbəqədər və kiçik məktəb yaş dövrü:

️Yaş böhranları;

️Övladımın psixi inkişafı yaşına uyğundurmu;

️Kiçik məktəblinin təlim çətinlikləri;

2. Yeniyetməlik dövrü:

️Yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri; 

️İlkin yeniyetməlik dövrü;

️Yeniyetməlik və cinsi yetişkənlik dövrü;

️Yeniyetməlik dövründə övladımla necə davranım;

3.Enneaqram ilə övladını kəşf et:

️Enneaqram modelinə əsasən uşaqlar. 

️Övladım hansı temperament tipinə malikdir;

4.Bullinq:

️Bullinq nədir? Bullinq törədən şəxsin-bullerin valideyni nə etməli? 

️Bullinqə məruz qalan şəxsin valideyni nə etməli? 

5. Peşə seçimi:

️Peşə seçməkdə səkkiz bucaq situasiyası;

️Peşə seçimində valideyn məsləhəti.

Hər bir ailə üçün aşağıdakı mövzularda maarifləndirici kitabça hazırlanacaq:

1.Məktəbəqədər yaş dövrü haqqında qısa məlumat;

2.Kiçik məktəb yaş dövrü haqqında qısa məlumat;

3.Yeniyetməlik dövrü haqqında qısa məlumat.

4.Çətinliklərlə mübarizə yolları.

5.Məqsədə çatmaq üçün iradə gücümüzü necə inkişaf etdirək.

6.Mənim temperamentim.

7.Valideynlər üçün tövsiyələr.

Layihə nəticəsində övladının şəxsiyyət kimi formalaşmasında valideynə dəstək göstərilir, valideyn övladını daha yaxından tanıyır, onunla birlikdə səmərəli zaman keçirir, “valideyn-övlad-məktəb münasibətləri” üçbucağının bütün tərəfləri diqqətdə saxlanılır. Şagirdlərin təlimdən geridə qalma səbəblərinin aradan qaldırılması üçün psixodiaqnostik testlər keçirilib. Hal-hazırda testlərin nəticələrinə əsasən korreksiya işləri görülür.

Layihə valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanır. Şagirdlər böyük həvəslə layihədə iştirak edirlər.

7Times.az