“Təkcə Mayamidə atamın həftəlik qazancı 70 milyon dollar idi” – Eskobarın oğlu yaşadıqları təhlükəli həyatdan danışdı

“Təkcə Mayamidə atamın həftəlik qazancı 70 milyon dollar idi” – Eskobarın oğlu yaşadıqları təhlükəli həyatdan danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir paltarı iki dəfə geyinmirdik və hər gün üçün yeni bir saat taxırdıq”
Dünyanın ən məşhur cinayətkarlarından biri olan Pablo Eskobarın adı çoxlarına məlumdur. Eskobarın oğlu sənədli film üçün uşaqlığında yaşadıqlarını danışıb.
Əvvəlcə qeyd edək ki, kolumbiyalı narkotik alverçisi Pablo Eskobar 1976 -cı ildə Kolumbiyanın Medellin şəhərində kartelini qurduqdan sonra qanunsuz işini bütün dünyada davam etdirib. Bu, ona milyardlarla dollarlıq cinayət sindikatını idarə etməyə imkan verib. Ailəsi isə onun təhlükəli həyatının kölgəsində yaşayıb.

Eskobarın oğlu Juan Pablo Eskobar Henao da erkən yaşlarından bahalı oyuncaqlar və hədiyyələrlə ərköyün böyüyüb və özünün dediyinə görə, hələ o zamanlar atasının dünyanın ən varlı adamlarından biri olduğunu dərk edib.
Yeni ərsəyə gətirilən 4 hissəli “Escobar by Escobar” serialında deyilənlərə görə, Juan Pablo atasının dəbdəbəli həyatı səbəbindən uşaq olan zaman eyni paltarı iki dəfə geyinməyib və hər gün üçün yeni bir saat taxıb.

Seriyanın birinci hissəsində Juan Pablo çox gənc ikən motosiklet kolleksiyası yaratdığını belə izah edir: “4 yaşım olanda atam mənə ilk motosikletimi aldı. 11 yaşımda 27 motosikletim var idi”.
Juan Pablonun atası haqqında söylədikləri də olduqca təəccüblüdür: “Atam dünyanın ən varlı adamlarından biri idi. Ölkənin ən hündür yerində 200.000 hektar sahədə kokain əkdirmişdi. Təkcə Mayamidə atamın həftəlik qazancı 50-70 milyon dollar arasında idi”.
Dəbdəbəli şəkildə böyüsə də, Juan Pablo gənc yaşlarından ailəsinin sahib olduğu sərvətin arxasında qaranlıq bir dünyanın olduğunu anlamağa başlayıb.
Juan Pablo hazırda atasının öldürüldüyü yaşda- 44 yaşındadır.
Juan Pablo bu təhlükəli həyatı haqqında aşağıdakıları deyib: “Bir Eskobar olaraq dünyaya gəldiyiniz zaman xoşbəxt və sakit olmağa haqqınız yoxdur”.
Pablo Eskobar 1991 -ci ildə səlahiyyətlilərə təslim olmadan əvvəl bir razılaşma imzalayıb və onun inşa etdirdiyi “La Catedral” adlı həbsxanada qalmasına icazə verilib. Bir il sonra həbsxanadan qaçan Eskobar ailəsini onunla birlikdə gizlənməyə razı salıb.
Juan Pablo, “atam xaricdə təhlükəsiz ola bilmədiyimiz üçün onunla gizlənməyimizi istədi”, – deyə qeyd edib.
Bir neçə ay gizləndikdən sonra ailə bu həyatın təhlükəsiz olmadığını başa düşüb. İndi Sebastian Marroquin adını istifadə edən Juan Pablo gizlənərək yaşadıqları dövr haqqında bunları söyləyib: “Atam dedi ki, mənimlə birlikdə təhlükə altındasan. 8 ay gizləndikdən sonra Kolumbiya hökumətindən müdafiə istəmək qərarına gəldik. Çünki atamın düşmənləri qaçmamağımız üçün əllərindən gələni edirdilər. Biryerdə gizləndiyimiz məkandan ayrılmadan əvvəl atam yanımıza gəldi. O məni qucaqladı, danışmaq istədi, amma heç nə deyə bilmədi atamı ilk dəfə o gün ağlayan gördüm. Bu, atamı son görüşüm idi. Bir növ vida mərasimi idi”.
Pablo Eskobar 1993-cü ildə “La Catedral”dan qaçdıqdan 16 ay sonra atışmada güllələnərək ölüb. Juan Pablo atasının öldüyü gün taleyinin dəyişdiyini söyləyir.
Pablo Eskobarın ölümündən sonra çəkilmiş bir videoda Juan Pablo atasını öldürənləri öldürəcəyini söyləyib. Juan Pablo bu sözlərdən sonra çox peşman olduğunu deyir. O, “bu beş saniyəlik təhdid məni 25 il sürgündə yaşamağa vadar etdi”, – deyə qeyd edib.Bir çox ölkələrdə sığınacaq üçün müraciət edən və rədd edilən Eskobar ailəsi Kolumbiyadan Mozambikə, sonra Braziliyaya qaçıb və sonra Argentinada məskunlaşıblar.(Musavat.com)