Aktual

Tələb olunan formanı ala bilməyənlər məktəbdən uzaqlaşdırılacaq? – “Bu, soyğunçuluqdur”

Tələb olunan formanı ala bilməyənlər məktəbdən uzaqlaşdırılacaq? – “Bu, soyğunçuluqdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin açılmasına sayılı günlər qalmış valideynləri narahat edən əsas məsələ məktəbli formasıdır. Əksər valideynlər formaların qiymətlərindən narazılıq edir, hətta  bir uşağın məktəb geyimi qiymətinin ortalama 200 manata başa gəldiyini bildirirlər.

Bu məsələ necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Fazil Mustafa deyib ki, məktəblinin forma standartları və seçimi xüsusi bir korrupsiya şəbəkəsinin formalaşmasına imkan yaradır:

 

“Əgər valideyinin bu təminatı gerçəkləşdirməyə maddi imkanı və ya həvəsi yoxdursa, o halda nə baş verəcək? Uşağı məktəbdən hansı əsaslarla uzaqlaşdıracaqlar? Hansısa vəzifəli şəxsin,  qurumun, direktorun, sinif rəhbərinin “bu cür forma geyinəcəksən, filan yerdən alacaqsan, filan qiyməti ödəyəcəksən” tələbi, təklifi, hətta tövsiyəsi tamamilə qanunsuzdur. Dövləti təmsil edən müvafiq icra hakimiyyəti ya özü bu formanı verəcək. Konstitusiya da məhz bunu deyir”.

Millət vəkili bildirib ki, “bu şəbəkədən, bu qiymətə və həm də bu formanı almalısan” deyilməsi mədəniyyətsiz bir soyğunçuluqdur:

 

“Məktəblər üçün beş-on növdə alternativ geyim forması tövsiyyə edin, valideyn də minimum məsrəflə və ya məsrəfsiz şəkildə bu problemi çözə bilsin. Əlbəttə, geyim üçün məktəbə xas əxlaq standartlarının tələb olunmasına hansısa valideyn narahat olmaz. Əsas odur ki, məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin”.