1938-ci il aprelin 9-da indi heç kimin diqqət yetirməyəcəyi bir hadisə baş verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, lakin sonra bu, idmanı əbədi olaraq dəyişdirən dünya səviyyəli bir irəliləyiş olub. Futbol oyunu televiziya vasitəsilə canlı yayımlanıb.
Stadiondan evlərə gedən futbol yolu
İlk dəfə evdən çıxmadan azarkeşlər 1926-cı il oktyabrın 8-də stadionda baş verənlərdən xəbər tutublar. Həmin gün radioda futbol oyunun şərhi olub. Budapeştdə keçirilən beynəlxalq turnirin duelində yerli MTK və Praqanın “Slaviya” komandaları qarşılaşıb.
Televiziya yayımını təşkil etmək üçün ilk cəhd 1936-cı ildə almanlar tərəfindən edilib. Onlar Almaniya ilə İtaliya arasında yoldaşlıq oyunu göstərməyi planlaşdırsalar da, hava şəraiti buna mane olub.
Televiziyada ilk qol
İlk yayımdan əvvəl məşq edilib. BBC Londonun “Arsenal” klubu ilə televiziya əməkdaşlarının çəkəcəyi yoldaşlıq oyunu ilə bağlı razılığa gəlib.
Komandalar kontrastlı köynəklər geyinmiş iki heyətə bölünüb. Qarşılaşmada bir qol vurulub, bir neçə gün sonra televiziyada nümayiş olunub.
“Uembli”dən tarixi reportaj
1938-ci il aprelin 9-da “Uembli” stadionunda İngiltərə ev çempionatının oyunu keçirilib. İngiltərə Şotlandiyaya 0:1 hesabı ilə uduzub.
Bu qarşılaşmaya tribunalarda 93 267, evlərdə televiziya ekranlarının yaxınlığında isə ən azı on minlərlə azarkeş izləyib. O dövrdə Böyük Britaniyada 20 min ədəd televiziya olub.
Bəzi mənbələr səhv olaraq yazır ki, televiziyada ilk dəfə 1938-ci ildə “Preston Nort End” və “Haddersfild Taun” klubları arasında İngiltərə Kubokunun final oyununu göstəriblər.
Amma həmin oyun aprelin 30-da olub. Və televiziyada da göstərilib.