Dünya

Tenerife adasından 26 mindən çox sakin evakuasiya edilib

Tenerife adasından 26 mindən çox sakin evakuasiya edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meşə yanğınları səbəbindən İspaniyanın Kanar adaları qrupuna daxil olan Tenerife adasından 26 mindən çox sakin evakuasiya edilib.

APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, bunu regionun rəhbəri Fernando Klavixo bildirib.

Turizm bölgəsi olan adada avqustun 15-də başlayan yanğınlar yüksək temperatur, quraqlıq və tüstü səbəbindən geniş yayılıb, 5 min hektara yaxın ərazini əhatə edib. Avqustun 19-da daha 6 kəndin sakini evakuasiya edilib.

Fernando Klavixo Tenerife adasında son 40 ilin ən güclü yanğınının qeydə alındığını, artıq yanğının əhəmiyyətli dərəcədə lokallaşdırıldığını qeyd edib. Eyni zamanda preventiv tədbirlər çərçivəsində evakuasiyanın həyata keçirildiyini nəzərə çatdırıb.