Hadisə

Teomanın da olduğu restorana silahlı hücum – Fotolar

Teomanın da olduğu restorana silahlı hücum – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Beşiktaş səmtində yerləşən məşhur restoranlardan birinə silahlı basqın edilib.

 

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə gec saatlarda qeydə alınıb. Hücumun məkana buraxılmayan şəxs və ya şəxslər tərəfindən törədildiyi iddia olunub. Hadisə nəticəsində 2 restoran işçisi və 1 gülsatan yaralanıb.

Bundan başqa, məkanda olan adlar arasında müğənni Teomanın da olduğu bildirilib. O, atışmadan sonra avtomobilinə minərək oradan uzaqlaşıb. Onun hər hansı yara almadığı açıqlanıb.

Hadisənin ardından məkana polis və təcili tibbi yardım qrupları cəlb olunub.