Dünya

Terror aktı nəticəsində Suriya işıqsız qalıb

Terror aktı nəticəsində Suriya işıqsız qalıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya elektrik enerjisiz qalıb.

7times.az xəbər verir ki, Suriya dövlət televiziyası ölkənin elektroenergetika naziri Züheyra Harbutluya istinadən xəbər verir ki, bu gün səhər Dəməşq əyalətində Ərəb qaz kəmərində partlayış törədilib.

Nəticədə Suriyanın bütün ərazisində elektrik enerjisi kəsilib.

Suriya hakimiyyəti hadisənin terror aktı olduğunu açıqlayıb.

Suriyanın Neft və Mineral Ehtiyatlar naziri Əli Qanem hadisənin terror aktı olduğunu təsdiqləyərək, üç elektrik stansiyasının sıradan çıxdığını, hazırda təmir işlərinin aparıldığını və elektrik enerjisinin tədricən bərpa olunacağını bildirib.

“Dəməşqin mərkəzində elektrik enerjisinin verilişi artıq bərpa edilib, qalan bölgələrdə də elektrik enerjisi təchizatı tədricən bərpa olunacaq”, – deyə nazir qeyd edib.

APA