Aktual

Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldu

Terrorda ölənlərdən 68-nin şəxsiyyəti məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

7Times.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.
Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.