Ölkə

Tərtərdə şəxin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Tərtərdə şəxin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan 7Times.az -a verilən xəbərə görə, hadisə nəticəsində rayon sakini 1960-ci il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarası xəsarətləri alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.