Dünya

“Təslim olmayın, ümidinizi itirməyin və geri çəkilməyin: mübarizə davam edir” – Saqatelyan ermənilərə SƏSLƏNDİ

“Təslim olmayın, ümidinizi itirməyin və geri çəkilməyin: mübarizə davam edir” – Saqatelyan ermənilərə SƏSLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bütün erməni xalqının resurslarını birləşdirməliyik, güclü Ermənistan yaratmaq düsturunu göstərməliyik”.

7Times.az  xəbər verir ki, bu cür açıqlama ilə Ermənistan Müqavimət Hərəkatının koordinatoru İşxan Saqatelyan çıxış edib:

“Təslim olmayın, ümidinizi itirməyin, geri çəkilməyin: mübarizə davam etməlidir!” – Saqatelyan vurğulayıb.

İşxan Saqatelyan cəmiyyətə müraciət edərək, bundan sonra mübarizəyə baxışı, strategiya və proqramları daha ətraflı təqdim edəcəyini deyib:

“Ermənistan cəmiyyəti Nikolun (Nikol Paşinyan –red) arxasınca gedir. Amma biz bütün sahələr və istiqamətlər üzrə proqramımızı, strategiyamızı təqdim etməliyik ki, insanlar çıxış yolunun olduğunu görsünlər. Nikolla heç bir yol yoxdur. Ancaq onsuz bu, mümkündür. Proqram mövcuddur, məsuliyyətli adamlar var ki, gəlib ölkəni indiki vəziyyətdən çıxara bilirlər”, – Saqatelyan bildirib.

Onun sözlərinə görə, bütün xalqın resurslarını birləşdirmək və nəticə əldə etmək lazımdır:

“Biz erməni xalqının resurslarını birləşdirməliyik və bütün istiqamətlərə baxışımızı təqdim etməliyik. Güclü Ermənistanın yaradılması düsturunu xalqa göstərməliyik. Biz bunu birlikdə edəcəyik”, – Saqatelyan fikirlərini tamamlayıb.(KONKRET.az)