Hərbi

Texas da sərhədə ordu göndərir

Texas da sərhədə ordu göndərirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texas qubernatoru Qreq Abbott qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə Meksika sərhədinə 400-dən çox əlavə hərbçi göndərilməsi barədə göstəriş verib.

7Times.az xəbər verir ki, bu barədə Texas qubernatorluğundan məlumat verilib.

“Texasın taktiki sərhəd qüvvələrinin 400-dən çox əlavə hərbçisi, həmçinin C-130 təyyarələri və “Chinook” helikopterləri artıq sərhəddə yerləşdirilən minlərlə Milli Qvardiya bölmələri ilə birləşəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəyə gələn qanunsuz miqrantların qarşısını almaq üçün hərəkətə keçib. Bunun üçün Meksika ilə sərhədə yeridilən əsgərlərin sayının 10 minə çatacağı gözlənilir.

Axar.az