Utopia 56 humanitar assosiasiyası bildirir ki, 300-ə yaxın mühacir Paris meriyasının binası qarşısında sığınacaq tələbi ilə çadır qurub.
7times.az xəbər verir ki, 24 iyun tarixinin axşam saatlarından təxminən 200 subay qadın və onlarla evsiz ailə Parisin “Otel de Vill” meydanında çadırlardan ibarət düşərgə qurub. Utopia56 humanitar assosiasiyasının dəstəyi ilə onlara qısa bir zamanda yardım göstərilməsini və hökumətdən onları yaşayışa yararlı mənzillərlə təmin etmələrini xahiş ediblər.
Aksiyanın təşkilatçılarının sözlərinə görə, sığınacaqlar artıq bir neçə həftədir ki, tamamilə dolub və yeni gələn miqrantları küçədə çadırlarda yerləşdirməkdən başqa çarələri yoxdur. Nə prefekturanın, nə də meriyanın evsizlər üçün müvəqqəti sığınacaq tələblərinə cavab vermədiyi vurğulanır.
Xatırladaq ki, Macarıstan hakimiyyəti hələ 2015-ci ildə, miqrasiya böhranını pik həddə çatanda, Avropadakı qaçqın axını üzərində ciddi nəzarətin tətbiq olunmasını təklif etmişdi. Macarıstan Avropa Birliyində Yaxın Şərq və Afrikadan gələn qonaqların ərazilərinə girməsinə icazə verməyən ilk dövlət olub. Rəsmi Budapeşt bu addımı terror təşkilatlarının döyüşçülərinin qanunsuz miqrantlarla birlikdə AB-yə girə biləcəyi ilə əsaslandırmışdı.
Ravid RM
Follow @7timesaz