Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbovun başına iş gəlib.
7times.az xəbər verir ki, nə baş verdiyini açıqlamayan idmançı çəliklə hərəkət etdiyi anın fotolarını paylaşıb.
O qeyd edib ki, bir müddət əvvəl az qala ayaqlarından olacaqmış:
“Avropa Komanda Çempionatının başlamasından iki həftə əvvəl iki ayağım var idi. Macarıstan hakimiyyəti və tibbi personalı sayəsində indiyədək iki ayağım var. “Göz dəyməsin” adlı albomumdan daha bir foto. Özümü Kriştianu Ronaldu kimi hiss edirəm. Düzdür, milyonlarla avrosuz, “Lamborghini”siz və s.”.
Qeyd edək ki, ötən gün məlum olub ki, T. Rəcəbov Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.