Maqazin

“Təyyarə almaq nə böyük şeydir ki…”

“Təyyarə almaq nə böyük şeydir ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici müğənnilərin hər şeyi olanda, heç kim təəccüblənmir. Biz nəsə alanda dilə-dişə düşürük. Xaricdən gətirdiyiniz müğənnilərə yüz minlərlə pul verirsiniz, amma evin içindəkiləri saymırsınız. Biz öz müğənnilərimizin qədrini bilmirik. Bəs qədrimizi nə zaman biləcəksiniz?”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Həmin Zaur” verilişində deyib. Xanəndə xaricdən dəvət olunan ifaçılara yüksək qonorar verilməsini tənqid edib:

“Biz müğənnilər bütün dünya musiqisinin dilində və janrda oxuya bilirlər. Təyyarəsi olan, ifa edə bilməyənlər gəlib bizim musiqimizi oxuya bilərlər? Allah Azərbaycan övladlarına istedad verib. Təyyarə nədir ki? Bir dənə avtomobil alan kimi çəkib paylaşırlar. Təyyarə, avtomobil nə böyük şeydir ki? Sənəti, işi-gücü olmayanın, ağzını açıb bir mahnı oxuya bilməyənin milyonu var. Heç onları demirsiniz. Əsl sənəti olan azərbaycanlı müğənnilərin təyyarənin kvadratı, kubu olmalıdır”.

Elnarə geyimini tənqid edənlərdən də söz açıb:

“Yaxşı geyim geyinirik, bahalı maşın sürürük deyirlər ki, buna bax, bu da qudurdu. Pis geyinəndə isə söyləyirlər ki, tamaşaçıya hörmətsizlik edir. Nə edək, özümüzü öldürək? Üç-beş manat qazanan kimi də gəlin onu alın əlimizdən”.