Dünya

Ticarət müharibəsi şiddətlənir: Çin ABŞ nəhəngi ilə bağlı araşdırmaya başladı

Ticarət müharibəsi şiddətlənir: Çin ABŞ nəhəngi ilə bağlı araşdırmaya başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pekin ABŞ prezidenti Trampın Çindən idxal edilən bəzi məhsulların idxalına əlavə gömrük rüsumları tətbiq etməsinə cavab olaraq “Google”a qarşı təhqiqata başlayıb və ticarət müharibəsini qızışdıracaq daha bir addım atıb.

7Times.az xəbər verir ki, Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) ABŞ-ın internet nəhəngi “Google”a qarşı antiinhisar araşdırması elan edib.

ABŞ prezidenti Donald Trampın Çinə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı fərmanı qüvvəyə mindikdən dərhal sonra SAMR “Google”un milli antiinhisar qanununu pozmaqda şübhəli bilindiyini və bu səbəbdən ABŞ şirkəti ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 1-də imzaladığı sərəncamla Çindən idxala əlavə 10 faiz gömrük rüsumu tətbiq edib. Çin Birləşmiş Ştatların haqsız hərəkətlərinə cavab olaraq məhkəməyə müraciət etməklə öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün müvafiq əks tədbirlər görməyə söz verib.

Publika.az