Dünya

“Titanik” 25 ildən sonra qayıdır – Bu dəfə…

“Titanik” 25 ildən sonra qayıdır – Bu dəfə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Unudulmaz filmlər siyahısında yerini alan “Titanik” 25 ildən sonra yenidən tamaşaçılarla görüşmək üçün böyük ekrana qayıdır.

7Times.az xarici mətbuata istinadən bildirir ki, “Terminator” və “Avatar” kimi unudulmaz filmlərə imza atan usta rejissor Ceyms Kemeronun batmış gəmilərə olan böyük marağından doğan və zamanla sevgi hekayəsinə çevrilən film 200 milyon dollarlıq büdcə ilə dövrünün ən bahalı istehsalı olub. Təbii ki, bu miqdar gözə batmır, çünki film kassada 2,2 milyard dollarlıq gəlirə çataraq bütün zamanların rekordunu qırıb.

Leonardo Di Kaprio və Keyt Uinsletin baş rollarını ifa etdiyi ekran əsəri 11 Oskar mükafatı qazanaraq adını tarixə qızıl hərflərlə yazdırıb.

“Titanik” 15 ildən sonra 2012-ci ildə həmin vaxtın texnologiyasına uyğunlaşdırılaraq 3D versiyada yenidən buraxılıb. İndi isə 3D, 4K və HDR dəstəyi ilə yenidən izləyici qarşısına çıxacaq. “Disney”in verdiyi açıqlamaya görə, film 10 fevral 2023-cü ildə bütün dünyada nümayiş olunacaq.

68 yaşlı rejissor Ceyms Kemeron 1997-ci ildə ərsəyə gətirdiyi film barədə maraqlı detallar açıqlayıb.

Rejissorun sözlərinə görə, Leonardo “Titanik”dəki rolunu dinləmələrdəki münasibətinə görə itirmək üzrə olub. Belə ki, aktyor ekran testindən keçmək istəməyib, lakin sonra məsələ həllini tapıb.

“Studiya da Leonu istəmirdi, onun üçün mübarizə aparmalı oldum. Müvəffəqiyyət kövrəkdir, bir elementi dəyişsən, hər şey parçalanar. Leo bu filmə çəkilməsə idi və ya hər hansı bir detal daha fərqli olsaydı, “Titanik” olmazdı. Leonardo və Keyt olmadan bu filmi təsəvvür edə bilmirəm”, – deyə C.Kemeron vurğulayıb.