Dünya

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana səfərə dəvət edib.

APA Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kasım-Jomart Tokayevlə Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Tokayev ikitərəfli münasibətlərin inkişaf etdiyini, möhkəmlənməsinə hər iki ölkənin hökumət və parlamentləri səviyyəsində fəal siyasi dialoq, qarşılıqlı fəaliyyətin kömək etdiyini qeyd edib.

Qazaxıstan rəhbərinin sözlərinə görə, mədəni və humanitar əməkdaşlıq dinamik inkişaf edir.

Tərəflər nəqliyyat, logistika və ticarət kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün perspektivli istiqamətləri müzakirə ediblər.

Ermənistan hökumətinin başçısı Qazaxıstan liderini ölkəsinə səfərə dəvət edib və dəvət Tokayev tərəfindən qəbul olunub.