Maqazin

Tolik taksi sürücüsünün maşınını əzdi – VİDEO

Tolik taksi sürücüsünün maşınını əzdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) kiçik qəza edib.

7times.az xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı durmadan artır.

Hadisələrdən yan keçməyənlərdən biri də Tolik olub. Sosial şəbəkə hesabında bu haqda məlumat verən prodüser taksi sürücüsünün maşınını əzdiyini etiraf edib:

“Hər vaxtınız xeyir olsun, ehtiyyatlı olsun. Əsasən də maşın sürənlər, taksi sürücüləri ehtiyyatlı olsun. Mən də dünən bir taksi sürücüsünün maşınını əzdim. Öz maşınım qalsın bir qırağa, amma ona görə narahat oldum. İnşallah, onun maşınını düzəldəcəyəm. Çünki o ailəsi üçün çörəkpulu qazanır. Ehtiyyatlı olun”.

Həmin görüntüləri təqdim edirik: