Özünü “Bayern Münhen”də artıq rahat hiss etməyən Tomas Müller yayda klubu tərk etməyi düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı “Bild” yayıb.
Mənbənin iddiasına görə, təcrübəli hücumçu karyerasını bitirməyi planlaşdırmır. 33 yaşlı alman ən azı 2024-cü ilə qədər top qovmaq niyyətindədir.
Müller hətta Bundesliqada başqa kluba getməyə hazırdır, lakin bu, kubok ambisiyaları olan bir komanda olmalıdır.
Müller 2000-ci ildən “Bayern”də çıxış edir. O, 11 dəfə Bundesliqanın, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Follow @7timesaz