“Bayern Münhen”in baş məşqçisi Tomas Tuxel “Liverpul”un çalışdırıcısı Yürgen Kloppun cari mövsümün sonunda “qırmızılar”dan ayrılacağını etiraf etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, jurnalist Kristian Falk Tuxelin reaksiyasını belə çatdırıb:
“Böyük yenilikdir. Buna öyrəşmək üçün müəyyən vaxt lazım olacaq. Öncə Kloppun açıqlamasını həzm etməyə çalışmalıyıq”.
Xatırladaq ki, Klopp “Liverpul”u tərk edəcəyini bu gün açıqlayıb.
Follow @7timesaz