“Beşiktaş”ın prezidentliyinə namizəd olan Sərdar Adalı maraqlı açıqlama verib.
“Offsideplus.az” xəbər verir ki, Adanadan olan iş adamı “qara qartal”ın rəhbəri olacağı təqdirdə, “Real”ın üzvü transfer edəcəyini bildirib.
Söhbət almaniyalı Toni Krossdan gedir. Sərdar Adalı məhz prezident seçiləcəyi təqdirdi, ilk transferinin yarımmüdafiəçinin olacağını açıqlayıb.
Qeyd edək ki, Toni Kross bu mövsüm “Real”ın heyətində 18 görüşdə 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Follow @7timesaz