İdman

“Tottenhem”in baş məşqçi postuna NAMİZƏDLƏR: Zidan, Naqelsmann və Enrike, favorit başqasıdır

“Tottenhem”in baş məşqçi postuna NAMİZƏDLƏR: Zidan, Naqelsmann və Enrike, favorit başqasıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London klubu Antonio Kontenin qovulmasından sonra baş məşqçi postuna namizədlər axtarır.

Lent.az bildirir ki, “Sky Sport”un məlumatına görə, bu vəzifənin əsas favoriti məhz argentinalı mütəxəssisdir. İddiaçılar siyahısında Yulian Naqelsmann, Luis Enrike və Zinəddin Zidan da var.

Poçettino artıq 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

Kristian Stellini mövsümün sonuna kimi komandanı idarə edəcək. Klub yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını yayda verəcək.

Konteyə gəlincə, onun prioritet variantı A Seriyasına qayıtmaqdır. Baş məşqçinin növbəti mövsümdən işə qayıtması gözlənilir.