İdman

“Tottenhem” “Mançester Siti”nin ulduzunu transfer edir

“Tottenhem” “Mançester Siti”nin ulduzunu transfer edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin futbolçusu Qabriel Jesus karyerasını “Tottenhem”də davam etdirməyə yaxındır.

Offsideplus.az  “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı hücumçu ilə danışıqlara başlayacaq. “Sambaçı”nın “şəhərlilər”lə olan sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, 2017-ci “Mançester Siti” forması geyinən Jesus bu mövsüm 41 matçda 13 qol və 12 məhsuldar ötürmə edib.