Hadisə

Tovuz və Xaçmazda ağır yol qəzaları – Ölənlər və yaralananlar var

Tovuz və Xaçmazda ağır yol qəzaları – Ölənlər və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda və Xaçmazda ağır yol-nəqliyyat hadisələri baş verib.

7times.az xəbər verir ki, hadisələrdən biri Tovuz rayonun girişində “Qala” adlan yerdə qeydə alınıb.

Hərəkətdə olan 2 avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Fəxri Əfəndiyev dünyasını dəyişib.

Daha iki nəfər, digər avtomobilin sürücüsü Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Xaçmazda baş verən ağır qəza Gəndob-Quba-Rusiya avtomobil yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qeyd edək ki, kimliyi hələ məlum olmayan sürücü idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır. Unikal.org