Tovuz rayonunda 33 yaşlı kişi 12 yaşlı oğlunu ağaca bağlayaraq döyüb.
7Times.az xəbər verir ki, bu barədə onun anası İ.Mustafayeva polisə müraciət edərək məlumat verib.
O bildirib ki, iyulun 26-sı saat 12 radələrində rayonun Cəlilli kəndində yaşadıqları evdə əri, 1988-ci il təvəllüdlü Mustafayev Şahin Nazim oğlu ağac parçası ilə oğlu, 2009-cu il təvəllüdlü N.M-nı döyərək sol dirsək sümüyünü sındırıb.
Məlumata görə, hadisəyə 12 yaşlı uşağın tez-tez kanala çimməyə getməsi səbəb olub.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, azyaşlının atası tərəfindən taxta parçası ilə döyülməsi barədə araşdırma başlayıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Follow @7timesaz