Hadisə

Tovuzda iki minik avtomobili toqquşdu – FOTO

Tovuzda iki minik avtomobili toqquşdu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı maşınla toqquşub.

Nəticədə VAZ-2107 markalı nəqliyyat vasitəsi yoldan çıxaraq avtomobil sexinə çırpılıb.

Bu zaman VAZ-2107-də olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.