Tovuzda ikimərtəbəli ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Tovuz rayonunun Ağacqala kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr, arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
7Times.az
Follow @7timesaz