Dünya

Toy gecəsi bədbəxt hadisə – Bəy və gəlin…

Toy gecəsi bədbəxt hadisə – Bəy və gəlin…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttar Pradeş ştatında bəylə gəlin toydan sonrakı gecə ürək tutmasından dünyasını dəyişib.

7Times.az  xəbər verir ki, bu barədə “India Today” məlumat verib. Hadisənin ötən gün Bəhreyç rayonunun kəndlərindən birində baş verdiyi bildirilir. 22 yaşlı gənc 20 yaşlı qızla evlənib. Toydan sonra cütlük öz otağına çəkilib və səhəri gün onlar ölü tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, məhkəmə-tibb ekspertləri ekspertiza aparıb və məlum olub ki, yeni evlənənlərin ölümünün səbəbi infarktdır.

Eyni zamanda, infarkta nəyin səbəb ola biləcəyi hələlik açıqlanmır. (publika)