ABŞ-nın Cənubi Karolina ştatında faciəvi qəza baş verib.
7Times.az xəbər verir ki, bəy və gəlin toy günü qəzaya düşüb. Gəlin hadisə yerində vəfat edib, bəy isə ağır yaralanıb.
Belə ki, Samantha Hutchinson və Aric Hutchinson Cənubi Karolinadakı toylarından dərhal sonra qəza keçirərək qohumlarına acı gün yaşadıblar.
Səlahiyyətlilər cütlüyün toy məclisindən çıxarkən sərxoş sürücünün onlara çırpılması nəticəsində gəlinin həlak olduğunu, bəyin isə ağır yaralandığını bildirib.
34 yaşlı gəlin Samanta axşam məclisdən sevinclə çıxarkən fotolar çəkdirib. Lakin sərxoş sürücü arxadan onunla əri Arik Hatçinsonun maşınına çırpılıb.
Cütlüyün xoşbəxt gününü kabusa çevirən avtomobilin sürücüsü, 25 yaşlı Ceymi Li Komoroski hadisədən sonra həbs edilib.
AZXEBER.COM
Follow @7timesaz