Hadisə

Toy yasa döndü – 3 nəfər həlak oldu

Toy yasa döndü – 3 nəfər həlak oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən 7Times.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəKəngərli rayonunun Xok kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib.