Maqazin

Toya gedən hansı müğənnilər vaksin vurdurub? – SORĞU

Toya gedən hansı müğənnilər vaksin vurdurub? — SORĞUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdən sonra Azərbaycanda toy və şənlik mərasimlərinin keçirilməsinə icazə verilir. Pandemiya şəraiti olduğundan belə mərasimlər müəyyən qaydalar çərçivəsində keçirilir. Bu qaydalardan ən vacibi toy şənliklərində iştirak edənlərin peyvənd olunmasıdır.

Əlbəttə, şənlik, toy dedikdə ilk ağıla gələn müğənnilər olur.

Maraqlıdır, toyların sevimli qonağı sayılan müğənnilər peyvənd olunublarmı? Yaxud onlar hansı vaksindən istifadə ediblər?

7times.az xəbər verir ki, modern.az  bu suala cavab tapmaq üçün tanınmış sənət adamlar arasında sorğu keçirib.

Müğənni Manaf Ağayev vaksin vurdurduğunu, amma hansı peyvənddən istifadə etdiyini unutduğunu deyib:

“Əlbəttə, vaksin olunmuşam. Həm də ilk peyvənd olunanlardanam. Amma üzərindən uzun müddət keçdiyi üçün hansı vaksin olduğunu unutmuşam”.

Nazənin Salayeva sualı cavablandırmaqdan yayınaraq, bu barədə danışmaq istəməyib.

Mətanət Əsədova isə “Mənə sənətimlə bağlı sual verin”, deməklə kifayətlənib.

Müğənni Xatirə İslam vaksinasiyadan keçənlər sırasındadır:

“Vaksin olunmuşam, amma hansı vaksin olduğunu bilmirəm”.

Vasif Məhərrəmli “Pfizer” vaksinindən istifadə etdiyini bildirib:

“Bəli, vaksin olunmuşam. Almaniya və Amerikanın birgə istehsalı olan “Pfizer” vaksinindən istifadə etmişəm”.

Xalq artisti Gülyanaq Məmmədova isə Çinin “SinoVac” peyvəndinə üstünlük verdiyini vurğulayıb.

“Vaksinin birinci dozasını vurdurmuşam. İkinci dozasının vaxtına az qalıb. “SinoVac” vaksinindən istifadə etmişəm”.

Xanəndə Gülyaz Məmmədova hələ avqustda peyvənd olunmağı planlaşdırır:

“Mənim alergiyam olduğu üçün həkim yoxlanışından keçdim. Ona görə hələ vaksin vurdurmamışam”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişad, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.