Dünya

Toyota Rusiyadakı zavodunu Qazaxıstana köçürəcək

Toyota Rusiyadakı zavodunu Qazaxıstana köçürəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyota avtomobillərinin istehsalı Rusiyada dayandırıla bilər.

7Times.az  xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunan məlumata görə, zavod qonşu Qazaxıstana köçürülə bilər.

Hazırda Qazaxıstan avtomobil istehsalçıları və Yaponiya avtomobil şirkəti arasında müvafiq danışıqlar aparılır: “Toyota ölkəmizdə ən populyar brendlərdən biridir. İstehsalçılarımız danışıqlar aparır. Toyota zavodu açılarsa, bu, ölkənin ən böyük uğurlarından biri olacaq”, – Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbaev bildirib.

Qeyd edək ki, Sankt-Peterburqdakı Toyota Motor zavodunda avtomobil istehsalı 4 mart 2022-ci ildə əsas materialların və hissələrin tədarük zəncirlərindəki çatışmazlıqlar səbəbindən dayandırılıb.