Aparıcı Zaur Baxşəliyev ilk dəfə toyunda bəzi zərflərin boş çıxdığını açıqlayıb.
Axşam.az xəbər verir ki, o, bu barədə “Zaurla Günaydın” verilişində danışıb.
“Toyumuzda zərflərin bir neçəsi açılmışdı. Özü də elə adamların zərfləri idi ki… Adlarını çəkməyəcəyəm. Şoka düşdüm. Açdıq ki, içi boşdur. Məbləğ üstünə yazılıb, amma içində pul yoxdur. Özü də yapışdırılmış formada. Sonra desinlər ki, guya, qutuda nəsə olub. Amma onun açarı məndə idi. Səhərə kimi yatmayıb onları saymışam. Elə pərt oldum ki, özüm utandım. Gərək heç onu da yazıb qoymazdı” deyə, Zaur bildirib.
Follow @7timesaz