İdman

“Trabzonspor” azərbaycanlı hücumçu ilə maraqlanır

“Trabzonspor” azərbaycanlı hücumçu ilə maraqlanırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trabzonspor” Azərbaycan millisinin üzvünü heyətinə cəlb etmək istəyir.  

Offsideplus.az “Gunebakis”a istinadən xəbər verir ki, Türkiyə klubu “Qrasshopper”in formasını geyinən Renat Dadaşovla maraqlanır. Trabzon təmsilçisi 24 yaşlı hücumçunu icarə əsasında transfer edə bilər.

Qeyd edək ki, Renat cari mövsüm İsveçrə çempionatında 34 oyuna çıxıb, 8 qol və 5 assistə imza atıb. Futbolçunun “Qrasshopper”lə müqaviləsinin müddəti gələn sezon başa çatacaq.