Dünya

Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir

Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ilə istənilən ticarət müqaviləsində 15-20 % rüsumun tətbiq edilməsində israrlıdır.

“7Times.az” xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezident administrasiyası razılıq əldə olunsa belə, 10 %-dən yuxarı qarşılıqlı rüsumların müəyyən edilməsi imkanını nəzərdən keçirir.

Bundan əlavə, Tramp Aİ-nin avtomobil rüsumlarının azaldılması ilə bağlı son təklifini rədd edir və bu sektora tarifləri planlaşdırıldığı kimi 25% səviyyəsində saxlamaq niyyətindədir.