Dünya

Tramp Almaniyadan tələb etdi: “Patriot”ları Ukraynaya ver!

Tramp Almaniyadan tələb etdi: “Patriot”ları Ukraynaya ver!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Almaniyadan Kiyevi öz ehtiyatlarından “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi tələb edib.

7Times.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Əvvəlcə güman edilirdi ki, Ukrayna amerikalılardan iki “Patriot” sistemi alacaq, Almaniya isə ABŞ ehtiyatlarının artırılmasını maliyyələşdirəcək. İndi məlum olur ki, Almaniya Kiyevə öz “Patriot”larını verməlidir, halbuki Bundesverdə də bu sistemlər çatışmır.

Tramp Amerika ordusunun malik olduğu sistemləri bölüşmək niyyətində deyil. Beləliklə, Almaniya təkcə zenit-raket komplekslərini təhvil verməli, həm də öz ehtiyatlarını artırmaq üçün onları ABŞ-dan almalı olacaq”, – deyə bildirilib.